waplog

“Samsung” şirkəti yeni noutbuklarını təqdim edib


“Samsung Electronics” şirkəti yeni “Notebook 3” və “Notebook 5” noutbuklarını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Samsung Notebook 3” 14 və 15 düymlük diaqonala malik versiyalar olmaqla 4 rəng variantında təklif edilir. “Samsung Notebook 5” isə titan rəngli metal korpusla təchiz edilmiş 15 düymlük modeldir.
 
Hər iki model səkkizinci nəsil dördnüvəli “Intel Core” prosessoru, “NVIDIA MX150” qrafikası, DDR4 əməli yaddaşı, SSD+HDD ikiqat daşıyıcıları ilə təchiz ediliblər.
 
“Samsung Notebook 3” noutbukunun versiyaları müvafiq olaraq 1,66 və 1,97 kq ağırlığındadır,” Samsung Notebook 5” qurğusunun çəkisi isə 1,97 kq-dır. Cari ilin ikinci rübündə bu noutbuklar Çin və Braziliya daxil olmaqla digər regionlarda əlçatan olacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL