waplog

“App Store” mağazasında ilk dəfə proqramların sayı azalıb


2017-ci ildə “App Store” mağazasında mobil proqramların sayı ilk dəfə olaraq azalıb. Bu haqda “Appfigures” analitik şirkəti məlumat paylaşıb.
 
2017-ci ilin sonunda “App Store” mağazasında 2,1 milyon mobil proqram əlçatan idi. Müqayisə üçün, 2016-cı ilin sonunda mağazada əlçatan olan proqramların sayı 2,2 milyona bərabər idi. “Appfigures” şirkəti proqram təminatının sayının azalmasını “App Store” mağazasında qaydaların sərtləşdirilməsi ilə izah edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, 2016-cı ilin sentyabrında “Apple” şirkəti proqramçılara xəbərdarlıq etmişdi ki, uzun müddət yenilənməyən və ya istifadəçilər tərəfindən heç vaxt yüklənilməyən proqramlar mağazadan silinəcək. “Apple”, həmçinin “iOS” sistemində virusları skan edən mobil proqramları da qadağan edib.
 
2015-ci ildə “Apple” korporasiyası bütün yeni proqramlarda 64 bitlik arxitekturadan istifadə edilməsini tələb etmişdi. “iOS 11” sistemindən etibarən sistem 32 bitlik proqramların dəstəklənməsini dayandırdı və proqramçılara isə “Apple”ın tələblərinə uyğun olaraq proqram təminatını yeniləmək təklif edilmişdi.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL