waplog

“Nokia” yeni smartfonlarını 1 həftədən sonra təqdim edəcək


“Microsoft” rəhbəri Stiv Ballmer “Windows Phone 7” platformasında olacaq “Nokia” şirkətinin ilk smartfonlarının çıxış müddətini bildirib.

Onun sözlərinə əsasən, smartfonlar oktyabrın 26-dan 27-dək Londonda (Böyük Britaniya) keçiriləcək “Nokia World” tədbirində təqdim ediləcək.

Cənab Ballmerin bəyanatına əsasən, “Nokia” şirkəti müxtəlif qiymət kateqoriyaları üçün bir neçə aparat hazırlayır.

“Nokia” şirkətinin “Windows” smartfonları yeni il bayramına yaxın satışa çıxarılacaq. “Microsoft” korporasiyası 2012-ci ildə populyarlığa görə “Windows Phone” platformasını “Android” və “iOS” platformalarından sonra üçüncü etməyi hesablayır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL