waplog

Yaxın illərdə ilk kosmik hotel qonaqları qəbul edəcək


“Orion Span” startapı 2021-ci ildə orbitə “Aurora Station” adlı lüks sinfə aid hotel buraxmağı, 2022-ci ildə isə qonaqları qəbul etməyi planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech ” resursuna istinadən yazır ki, “Aurora Station” hotelində 12 günlük qalmanın qiyməti 9,5 milyon dollar təşkil edəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, bu qiymətə, həmçinin üçaylıq hazırlıq proqramı, kosmik stansiyaya və əks istiqamətdə daşınma daxildir. Mehmanxanada eyni anda dörd qonaq və iki ekipaj üzvü qala biləcək.
 
“Aurora Station” hotelinin startap tərəfindən Hyustonda yerləşən kompleksdə yığılacağı barədə məlumat verilsə də, kompleks hələ ki hazır deyil. “Orion Span” şirkətinin rəhbəri Frank Banger bildirib ki, şirkət onu yaxın 6-9 ay ərzində tikməyi nəzərdə tutur.
 
Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL