waplog

Haker hücumları dünyada internetin fəaliyyətində nasazlıqlar yaradıb


“TJournal” nəşri əksər internet resurslarının haker hücumlarına məruz qalması, “Cisco” marşrutlayıcılarından istifadə edən provayderlərin təhlükə ilə üzləşməsi barədə məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, məlumata görə, internet şəbəkəsində “Cisco” avadanlığında boşluqlar axtarmaq məqsədilə onu skan edərək proqram təminatının parametrlərini dəyişən kompüter proqramı yayılıb (bot). Bot konfiqurasiyalı faylları ləğv edir və onların yerinə ABŞ bayrağının şəklini yerləşdirir.
 
Bildirilir ki, internetin fəaliyyətində yaranmış problemlərlə bağlı bir sıra ölkələrin provayderləri və saytları məlumat verib. Həmçinin, “Twitter” şəbəkəsi ötən gecə qeyri-sabit işləyib.
 
Hakerlərin istifadə etdikləri boşluğun 8 milyondan çox qurğuda mövcud olmasını qeyd edən ekspertlər provayderlərin hazırkı vəziyyətini kritik adlandırıblar. “Cisco” tərtibatçıları tərəfindən səhvi aradan qaldıran proqram təminatı buraxılıb, lakin o, şirkətin aparatlarının cüzi hissəsində quraşdırılıb. Qeyd edək ki, boşluğun mövcudluğu ötən ildən məlum olub.
 
“Cisco” şirkəti inzibatçılar üçün yaranmış problemin aradan qaldırılmasına kömək edəcək təlimatlar dərc edib.
 
Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL