waplog

Qırmızı rəngli korpusla təchiz edilmiş “iPhone 8” təqdim edilib


“Apple” korporasiyası qırmızı rəngli korpusla təchiz edilmiş “iPhone 8” smartfonunu təqdim edib.
 
“iPhone” smartfonunun yeni versiyası xeyriyyə kampaniyası (“RED”) çərçivəsində yaradılıb, buna görə xüsusi versiyanın satışından əldə ediləcək vəsaitin bir hissəsi QİÇS-lə Mübarizə üzrə Qlobal Fonda köçürüləcək.
 
Yalnız “iPhone 8” və “8 Plus” smartfonları (64 və 256 QB-lıq versiyalar) qırmızı rəngli korpusda əlçatandır. “iPhone X” qırmızı rəngli korpusda təqdim edilməyəcək.
 
13 apreldən etibarən smartfonun satışına başlanacaq. Qiyməti 700 dollardan başlayır.
Xatırladaq ki, 2017-ci ilin martında “Apple” korporasiyası “iPhone 7” smartfonunun qırmızı versiyasını təqdim etmişdi.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL