waplog

“NVIDIA” şirkəti köhnə videokartların və əməliyyat sistemlərinin dəstəklənməsini dayandırır


“NVIDIA” şirkəti 32 bit tutumlu əməliyyat sistemlərinin və köhnə videokartların dəstəklənməsini tam dayandıracaq. Bundan sonra “köhnəlmiş” əməliyyat sistemləri və aparat təminatı istifadəçilərinə təhlükəsizlik düzəlişləri, son oyunlara optimallaşdırma və məhsuldarlığın yaxşılaşdırılmasının daxil olduğu yeni “Game Ready” kompüter proqram təminatı göndərilməyəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, apreldən etibarən “NVIDIA” şirkəti “Game Ready” və “GeForce Experience” proqram təminatı yeniləmələrini yalnız 64 bitlik əməliyyat sistemləri üçün təqdim edəcək. Bu isə o deməkdir ki, “Windows 7/8/8.1/10”, “Linux” və “FreeBSD” əməliyyat sistemlərinin 32 bitlik versiyalarının istifadəçiləri yenilənmə ilə təmin olunmayacaqlar. Şirkət belə istifadəçilər üçün növbəti ilin yanvarınadək vacib təhlükəsizlik düzəlişləri təqdim etməyi nəzərdə tutur.
 
Bundan başqa, apreldən “Fermi” arxitekturalı qrafik çiplər əsasında videokartların dəstəklənməsi dayandırılacaq.
 
Köhnə videokartların və əməliyyat sistemlərinin dəstəklənməsindən imtina “NVIDIA” şirkətinə diqqəti müasir məhsullara yönəldərək onların imkanlarından maksimum yararlanmağa imkan verəcək. Gələcəkdə proqram yeniləmələrinin tez-tez buraxılacağı və daha faydalı olacağı gözlənilir.
 
Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL