waplog

“Google Pixel” və “Pixel XL” smartfonlarının istehsalı rəsmən dayandırılıb


ABŞ-ın "Google" şirkəti "Pixel" və "Pixel XL" smartfonlarının istehsalını və satışını rəsmən dayandırıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, smartfonların "Google" internet mağazasında satışının dayandırılmasına səbəb yaxın vaxtlarda istehsalçı tərəfindən rəsmi dəstəyin göstərilmə müddətinin başa çatması ilə əlaqədardır.
Məsələn, növbəti ildən etibarən qurğular "Android" sisteminin yeni versiyaları ilə təchiz edilməyəcək, smartfonlar üçün sonuncu təhlükəsizlik yenilənməsi isə 2019-cu ilin oktyabrında buraxılacaq. Hazırda modelləri yalnız tərəfdaş mağazalarda əldə etmək mümkündür.
 
Ekspertlər qeyd edib ki, "Google" şirkəti 2016-cı ilin qabaqcıl modelləri üçün nisbətən məhdud texniki dəstək müddəti ayırıb. Məsələn, rəqib "Apple" şirkəti "iPhone 5s" modelini və ötən ilin payızında təqdim edilən əməliyyat sisteminin aktual versiyasını (iOS 11) 2013-cü ildə buraxsa da, hazırda əməliyyat sistemi versiyasının smartfonlara quraşdırılması dəstəklənir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL