waplog

“Huawei” çərçivəsiz “Y6” smartfonunu təqdim edib


“Huawei” şirkəti ucuz “Y6” (2018) smartfonunu təqdim edib. Bu smartfon indi dəbdə olan çərçivəsiz dizayna malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, barmaq izləri skaneri yoxdur, amma qurğunun sifətin tanınmasına görə blokdan çıxarılması funksiyası nəzərdə tutulub.
 
“Huawei Y6” (2018) smartfonu 1,4 QHs takt tezlikli səkkiz nüvəli “Qualcomm Snapdragon 450” prosessoru, “HD+” (720x1440 piksel) təsvir ölçülü 5,7 düymlük ekran, 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Aparatın əməli yaddaş tutumu 2 QB və daxili yaddaşı isə 16 QB təşkil edir.
 
Akkumulyatorun tutumu 3000 milliamper/saatdır. Qurğu “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qara, göy və qızılı rənglərdə əlçatan olan “Huawei Y6” (2018) smartfonunun qiyməti təxminən 150 ABŞ dollarına bərabərdir.
 
Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL