waplog

3D holoqramlar məlumatların yazılış sıxlığını artırmağa imkan verir


Nanomaterialdan hazırlanmış plyonka optik disklərlə müqayisədə məlumatların yazılış sıxlığını 1000 dəfə artırmağa imkan verir. Çinli  alimlər yeni həll üzərində çalışırlar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, uzun illərdir ki məlumatların holoqrafik yazılış sahəsi üzrə işlər aparılır, ancaq alimlər indiyədək nəzərəçarpacaq uğur əldə etməmişdilər.
 
Holoqrafik disklərin yaradılması üçün çinli alimlər tərəfindən titan və gümüş oksidindən əldə edilmiş materiala onun səthi enerjisini dəyişmək yolu ilə informasiya yazmaq mümkündür. İnformasiya müxtəlif  dalğa uzunluqlu lazer şüası ilə yazılır və plyonkada 3D-holoqram şəklində yığılır.
 
Yeni texnologiya sayəsində fiziki sahə vahidinə düşən informasiyanın tutumunu xeyli artırmaq mümkün olub. 100 kv.sm-lik plyonkanın kiçik bir hissəsinə 8,5 TB-lıq informasiya yazmaq mümkün olacaq.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL