waplog

“Xiaomi” birləşdirilən oyun pultuna malik smartfon təqdim edib


Çinin “Xiaomi” şirkəti aktiv qeymerlər üçün nəzərdə tutulmuş “Black Shark” adlı qeyri-adi oyun smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, “Xiaomi Black Shark” smartfonu özünəməxsus dizayna malikdir. Aparat 2160x1080 piksel təsvir ölçülü 5,99 düymlük ekran və “Qualcomm Snapdragon 845” qabaqcıl prosessoru ilə təchiz edilib. Smartfonun əməli yaddaş tutumu 6/8 QB, daxili yaddaşı isə 64/128 QB təşkil edir. Qurğunun əsas kamerasının iki sensoru 12 və 20 meqapiksellik təsvir ölçüsünə malikdir, ön tərəfdə isə selfi üçün 20 meqapiksellik kamera quraşdırılıb.

“Xiaomi”nin oyun smartfonunun özəlliyi aşağı hissədən ona birləşdirilən coystikə malik oyun pultunun mövcud olmasıdır. Bundan başqa, sözügedən aparatda reallaşdırılmış maye soyutma sistemi oyun zamanı smartfonun çox qızmasının qarşısını alacaq. Nəhayət, smartfon yüksək məhsuldarlıq rejimini aktivləşdirən xüsusi düymə ilə təchiz edilib.

“Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyən “Xiaomi Black Shark” qurğusuna qurulmuş akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfonun ölçüləri 161,6x75,4x9,25 mm, çəkisi isə 190 qram təşkil edir.

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL