waplog

Minlərlə “Android” proqram uşaqların onlayn aktivliyini icazəsiz izləyir


“Google Play” mağazasında uşaqların onlayn aktivliyini izləyən 3300-dən  çox proqram yerləşdirilib. “PET Symposium”un tədqiqatçılar komandası aydınlaşdırıb ki, izləmə valideynlərdən xəbərsiz həyata keçirilir ki, bu da  ABŞ-ın qanunlarına ziddir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Designed for Families” proqramı çərçivəsində “Google Play” mağazasında yerləşdirilmiş 5855 “Android” proqram araşdırılıb.
 
Məlum olub ki, mobil proqramların 28%-i "Android sazlamaları ilə qorunan məxfi məlumatlara giriş üçün sorğu edib", 73%-i  isə "məxfi məlumatları internet üzərindən ötürüb". Bu haqda hesabata istinadən “Engadget” nəşri yazıb. 256 mobil proqram geolokasiya məlumatları, 107-si qurğu sahiblərinin elektron poçt ünvanlarını, 10-u isə telefon nömrələrini toplayıb.
 
Bundan başqa, 1100 proqram daimi identifikatorları (hədəflənmiş reklamın yaradılmasında istifadə olunur), 2281-i isə “Android”in reklam identifikatorlarını ötürür ki, bu da internetdə uşaqların fərdi məlumatlarının müdafiəsi haqda qanunla (COPPA) qadağandır.
 
Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL