waplog

“Instagram” istifadəçilərə öz foto və videolarını yükləməyə imkan verib


“Instagram” servisinin komandası “Facebook” sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin" (“Download Your Information”) funksiyasının analoqunu təqdim edib. Bu alət “Instagram”a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” resursuna istinadən yazır ki, “Instagram”ın nümayəndəsi “TechCrunch” resursunun jurnalistlərinə müsahibəsində deyib ki, hazırda “Data Download” funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.

Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL