waplog

“WhatsApp” messencerində fərdi informasiyanı yükləmək funksiyası istifadəyə veriləcək


Avropa Birliyinin yeni qanununa müvafiq olaraq "WhatsApp" messencerinə bütün fərdi məlumatları yükləmək funksiyası əlavə edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "Facebook" istifadəçilərinin fərdi məlumatlarından istifadə ilə bağlı qalmaqaldan sonra Avropa Birliyi internetdə fərdi məlumatların mühafizəsi haqda yeni qanun qəbul edib. Yeni qanunun tələblərindən biri odur ki, istifadəçilər sayt, sosial şəbəkə və ya messencerin onlar haqda hansı məlumatlar topladığını bilməlidir. Buna görə "WhatsApp" messencerinə belə funksiya əlavə edilib.

"Hesab haqda informasiyanı əldə etmək sorğusu" funksiyası hələ ki yalnız "WhatsApp" messencerinin "Android" üçün beta-versiyasında (v2.18.128)  əlçatandır. Buna görə bu funksiyanı indi yoxlamaq üçün ya beta-tester olmalı,  ya da apk-faylını yükləmək lazımdır. 























Yeni funksiyanın köməyi ilə hesabdan bütün kontaktları, profil şəkillərini və qrup çatları haqda informasiyanı yükləmək mümkündür.

Emil Hüseynov





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL