waplog

Ən güclü texniki xüsusiyyətlərə malik cib kompüteri təqdim edilib


Çinin kiçik bir şirkəti “Windows 10” sistemi ilə işləyən “Mini PC” adlı yığcam kompüter hazırlayıb. Qurğunu istənilən çantaya və hətta cins şalvarın cibinə yerləşdirmək olar. Çoxlu sayda konnektordan istifadə edilməsi nəticəsində korpus nisbətən qalın alınıb və bu, qurğunun yığcamlığına xələl gətirir. Korpusun ölçüləri 13,5×9×1,6 sm təşkil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, “Mini PC” qurğusunun korpusunda 4 ədəd “USB”, 1 ədəd “USB Type-C”, “HDMI”, “LAN”, qulaqlıqlar üçün 3.5 mm-lik konnektor və kartrider yerləşdirilib. Daxili 5 düymlük sensor ekrandan başqa sözügedən qurğuya istənilən monitor və ya televizoru qoşmaq olar. Kompüter “Intel Atom x7-Z8750” prosessoru, 8 QB əməli yaddaş və 128/256/512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilib. Bu xarakteristikalarına görə istehsalçılar kompüteri öz sinfində ən güclü adlandırıblar.

Kompüter “Windows 10” sistemi ilə işləyir, amma istəkdən asılı olaraq “Android” sistemini aktivləşdirmək olar. Tədarük dəstinə qatlanan “Bluetooth” klaviatura daxildir.

“Mini PC” kompüterinin ilkin sifariş qiyməti 139 dollardır. İlk çatdırma 2018-ci ilin sentyabrına planlaşdırılıb.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL