waplog

Dünyada sensor ekranlı ən ucuz bukrider


“Greenbook” şirkəti elektron kitablarının oxunması üçün büdcəyə uyğun “EZRead Touch” qurğusunu təqdim edib. Yenilik elektron kağız texnologiyası ilə hazırlanmış 6 düymlü sensor ekranla təchiz olunub.

Qurğunun “ürəyi” 800 MHz takt tezliyində işləyən “Freescale iMX508” prosessorudur. Bukrider 128 MB əməli yaddaşa və 2 QB tutumlu fləş modula malikdir; “MicroSD” formatının kartları dəstəklənir. “Wi-Fi” simsiz əlaqə kontrolleri və “MicroUSB” portu da nəzərdə tutulub.

Qurğunun ölçüləri 114,1×166,6×10 millimetr, çəkisi isə 215 qram təşkil edir. “Greenbook” şirkəti bildirib ki, “EZRead Touch” bugünkü gün üçün bukrider sahəsində sensor ekrana malik ən ucuz qurğudur. Qurğunun qiyməti 95 dollardır. 75 dollara sensor idarə dəstəyi olmayan versiyanı almaq olar.

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL