waplog

Smartfonlar “Windows 10” sisteminə inteqrasiya ediləcək


“Microsoft” korporasiyası “Build 2018” konfransında “Windows 10” əməliyyat sistemi üçün yeni “Your Phone” əlavəsini təqdim edib. Proqram smartfon kontentini birbaşa istifadəçinin kompüterində göstərməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, nəticədə “Windows 10” sistemli fərdi kompüterdən istifadəçinin smartfonundakı mətnə, o cümlədən SMS, fotoşəkil və bildirişlərə, eləcə də oxşar kontentə çıxış əldə etmək mümkün olacaq.
 
“iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlar üçün funksionallıq fərqli olacaq. “Android” üçün imkanlar daha geniş olacaq və istifadəçinin fərdi kompüterlə işlədiyi zaman smartfonu fiziki baxımdan əlinə götürməsinə ehtiyac qalmayacaq.  
 
Bildirilir ki, “Microsoft” korporasiyası “Your Phone” əlavəsinin sınaqlarına bu həftə “Windows Insiders” proqramı çərçivəsində başlamağı planlaşdırır. Rəylər toplandıqdan və müəyyən düzəlişlərdən sonra əlavənin “Windows 10” sisteminin tərkib hissəsinə çevriləcəyi gözlənilir.
 
Nizam Nuriyev 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL