waplog

“YouTube” servisi “iPhone X” smartfonlarında “HDR” videonu dəstəkləməyə başlayıb


“YouTube” servisi “iPhone X” smartfonlarında “High Dynamic Range” (HDR) standartlı videonu dəstəkləməyə başlayıb. Bu barədə “Reddit” və “MacRumors” forumlarının iştirakçıları məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “iPhone X” istifadəçilərinin məlumatına görə, bir sıra “iOS” qurğu istifadəçiləri yüksək dinamik diapazonlu videoya baxmaq imkanı əldə edib. Lakin hazırda bu funksiya son “iPad Pro” planşet modellərində işləmir. “Google” şirkəti dəyişikliklərə hələ ki rəsmi münasibət bildirməyib.
 
Məlumata görə, “YouTube” servisində “HDR” texnologiyasını dəstəkləyən çoxlu video yerləşdirilib. Adi videoçarxlardan fərqli olaraq “HDR” video daha yüksək parlaqlığı və geniş dinamik rəng diapazonunu təmin edir. “YouTube”da videonun “HDR” texnologiyasını dəstəkləməsini yoxlamaq üçün videoya baxan zaman ekranın sağ yuxarı küncündə yerləşən menyu düyməsini basmaq və görüntünün keyfiyyətini dəyişmək lazımdır.
 
“iPhone X” smartfonu ilə yanaşı, “HDR” video “iPhone 8” və “8 Plus” modellərində dəstəklənir. Lakin qeyd olunan modellərin “IPS” ekranla təchiz edilməsinə görə onlarda baxılan “HDR” video əsl “HDR” keyfiyyətini təmin edə bilmir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL