waplog

“Samsung Galaxy Note 9” smartfonu iyulda təqdim oluna bilər


“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 9” smartfonunu iyulun sonunda təqdim edəcək. Bu barədə “the Korea Herald” nəşri məlumat verib. Şirkət brendə marağın artırılması məqsədilə smartfonu daha tez nümayiş etdirməyi planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, smartfon 6,4 düym diaqonallı ekran, 4 min və ya 3850 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Bu, ötən il təqdim olunan 3300 milliamper/saat tutumlu “Galaxy Note 8” modelinin akkumulyatorundan daha güclüdür. Bundan başqa, yeni qurğunun əsas qoşa kamerasının təkmilləşdiriləcəyi gözlənilir.

Bundan əvvəlki məlumatlara görə, “Crown” kod adlı “Samsung Galaxy Note 9” smartfonu qabaqcıl “Galaxy S9” və “Galaxy S9+” modelləri kimi “Infinity Display 2.0” displeyinə malik olacaq. “S-AMOLED” ekran texnologiyasını və 18,5:9 tərəf nisbətlərini qoruyacaq  “Galaxy Note 9” modeli “Samsung” şirkətinin barmaq izi skanerinin ekrana inteqrasiya olunduğu ilk smartfonu ola bilər.

Bildirilir ki, qurğunun aparat əsasını buraxılış regionundan asılı olaraq “Exynos 9810” və “Qualcomm Snapdragon 845” prosessorları təşkil edəcək. Əvvəlki model kimi, “Galaxy Note 9” smartfonu 6 və 64 giqabaytlıq operativ, 128 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaş variantlarında buraxılacaq.

Hazırda qiyməti açıqlanmayan “Samsung Galaxy Note 9” smartfonunun avqustun ortalarında satışa çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, “Samsung” şirkəti smartfonlara tələbatın azalmasından narahatdır. Belə ki, bu yaxınlarda “Business Insider” nəşrinin analitikləri tərəfindən hesablamalar aparılaraq “Galaxy S9” modelinə tələbatın “Galaxy S2” smartfonuna nisbətən 1,5 dəfə az olması müəyyənləşdirilib.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL