waplog

Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq


ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa imkan verən innovativ akkumulyator nanobatareyası hazırlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən adi batareya elə şəkildə təkrar emal olunub ki, qurğunun daxilində standart elektrodlar əvəzinə, müstəqil yığılan üçölçülü struktur komponentləri bir-birinə keçirilib.
 
Bildirilir ki, minlərlə məsamə enerjinin saxlanılması və çatdırılması üçün lazım olan elementlərlə doldurulub. Anod rolunu çoxlu məsamələrə malik nazik spiral karbon plyonka yerinə yetirir. Katod qismində istehsalçılar tərəfindən elektronları soran kükürddən istifadə edilib. Kükürd elektriki keçirmədiyinə görə sonuncu xüsusiyyət kimi elektrikkeçirici polimerlər əlavə olunub.
 
Professor Ulrix Viznerin sözlərinə görə, bu, həqiqətən inqilabi batareya quruluşudur. Daxilə nüfuz edən sahə ölçülərinin nanoölçülərədək azaldılması gücü daha yüksək səviyyədə təmin edir. Enerjidən adi batareyada olduğundan daha tez istifadə edərək istənilən qurğunu dərhal enerji ilə doldurmaq mümkündür. Hazırda prototipin müəyyən çatışmazlıqlara malik olmasına görə mütəxəssislər onun üzərində işi davam etdirirlər.
 
Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL