waplog

Çin Ayın əks tərəfinin tədqiqi üçün peyk buraxıb


Çin Ayın arxa tərəfinin öyrənilməsi üzrə yeni missiyanın birinci mərhələsi olacaq peyk buraxıb. Peykin funksiyası ilin sonunda Aya göndəriləcək enmə aparatının siqnallarının retranslyasiyasından ibarət olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, planet peykinin tədqiqi ona görə həmişə çətin olub ki, Ayın əks tərəfi və Yer arasında əlaqə qeyri-mümkün olub. Bu dəfə isə “Queqiao” peyki Çinin 2018-ci ilin sonunda Ay səthinin tədqiqi üçün göndərəcəyi “Çane-4” planetlərarası stansiyasının siqnallarını qəbul edəcək.

Məlumata görə, peykdən siqnal Yerə retranslyasiya edilməklə stansiya ilə əlaqə qurulacaq və onun idarəetməsi həyata keçiriləcək.

Ayın əks tərəfinin tədqiqi Çin kosmik proqramının başlanğıcı hesab olunur. Belə ki, 2016-cı ildə Çin 2020-ci ildə Marsa ilk tədqiqat aparatı göndərəcəyini açıqlayıb. “Çane-4” stansiyasının missiyasının uğurlu keçəcəyi təqdirdə bu, Ayın arxa tərəfinə planlaşdırılmış eniş edən ilk aparat olacaq.  

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL