waplog

“Mədəniyyət” TV-nin Neftçalada da yayımı təmin edilib


Dünən Neftçala rayonunda “Mədəniyyət” TV-nin yayımı təmin edilib. Bu barədə açıqlama verən “Teleradio”İB-nin texniki direktoru Mikayıl Abbasovun sözlərinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində neftçalalılar 45-ci kanalda “Mədəniyyət” TV-nin proqramlarına baxa bilərlər. M.Abbasov bildirib ki, qısa bir müddətdə həyata keçirilən işlər nəticəsində Bakının ardınca Gəncədə, Ağsuda, Şəkidə, Zaqatalada, Ağstafada, Qubada yeni vericilər quraşdırılıb ki, bunlar da adıçəkilən rayonlarda və qonşu ərazilərdə proqramın keyfiyyətli yayımını təmin edir.
Qeyd edək ki, respublika ərazisində fəaliyyət göstərən rəqəmli vericilərin yayımladığı paketlərə (Bakı Teleqüllə, Şirvan RTYS, Gəncə RTYS, Lerik RTYS) “Mədəniyyət”TV kanalının əlavə edilməsi nəticəsində həmin kanalın proqramlarının rəqəmli yayımı da təmin olunub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL