waplog

Ən “ağıllı” üzük təqdim edilib


“Xenxo” şirkətinin istehsalı olan üzükdə bütün müasir datçik və çiplər yerləşdirilib: “Bluetooth 5.0”, “NFC”, akselerometr, yaxınlaşma datçiki, 4 QB yaddaş, hətta mikrofonlu dinamik. Bu, adi aksessuarı çoxfunksiyalı qurğuya çevirməyə imkan verib. Bunun üçün istehsalçılar cihazı "ən ağıllı" üzük adlandırıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, istehsalçılar ilk növbədə üzükdən qarnitur kimi istifadə etməyi təklif edirlər. Korpusa quraşdırılmış xüsusi düymənin köməyi ilə çağırışı qəbul etmək və ya seçilmiş kontakta zəng vurmaq və ya SOS siqnalı göndərmək olar. Danışmaq üçün üzük taxılmış əli qulağa yaxınlaşdırmaq lazımdır.

NFC texnologiyası vasitəsilə üzüyün köməyi ilə alış-verişin haqqını ödəmək olar. Yalnız qurğunun təhlükəsizlik sistemi anlaşılmazdır, çünki smartfonda olduğu kimi şifrə, barmaq izləri skaneri və ya sifətin tanınması texnologiyası yoxdur. Üzüyün daxili yaddaşını fərdi məlumatların saxlanılması, “Bluetooth” texnologiyasını isə xüsusi qıfıla malik qapıların açılması üçün istifadə etmək olar.
 
Bundan başqa, bir neçə kiçik funksiya var. Məsələn, üzüyün köməyi ilə smartfonda səslənən musiqini dəyişdirmək və ya onu fərdi zəngli saat kimi  istifadə etmək olar.

İstehsalçıların iddiasına görə, üzüyün daxili akkumulyatoru 5 gün avtonom işləməyə imkan verir.
İlkin sifariş üzrə “Xenxo”nun üzüyünün qiyməti 189 dollardır. Tədarük 2019-cu ilin fevralına planlaşdırılıb.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL