waplog

“Chrome” brauzeri saytlarda şifrə daxil etmədən qeydiyyatdan keçməyə imkan yaradıb


“Google” şirkəti “Chrome” brauzerinin yeni versiyasını təqdim edib. Yeniləmə “WebAuthn” standartını (saytlarda şifrə daxil etmədən qeydiyyatdan keçməyə imkan verir) dəstəkləyir. Brauzerin 67-ci versiyası artıq “macOS”, “Windows” və “Linux” sistemləri üçün əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Ümumdünya Hörümçək Toru (W3C)” konsorsiumu və “FIDO” (Fast Identification Online, onlayn sürətli eyniləşdirmə) alyansı apreldə “WebAuthn” standartını təsdiq edib. Texnologiya istifadəçiləri şifrə daxil etmədən istənilən onlayn xidmətdən istifadə ilə təmin edir: sadəcə olaraq  barmaq izləri skaneri, kamera və ya USB-açar vasitəsi ilə eyniləşdirmədən keçmək lazımdır.

“WebAuthn” standartı ilk dəfə “Firefox” brauzerində tətbiq edilib. Sözügedən standart tezliklə, həmçinin “Microsoft Edge” və “Opera” brauzerlərində reallaşdırılacaq.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL