waplog

“LG” şirkəti yeni smartfonunu təqdim edib


“LG” şirkəti “V35 ThinQ” smartfonunu təqdim edib. Yeni smartfon dizayn baxımından “V30S” və “V30” qurğuları ilə, demək olar, oxşardır, aparat içliyi isə bu ay təqdim edilmiş 750 dollarlıq “G7 ThinQ” ilə oxşardır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “V35” və “G7” smartfonları arasında əsas fərq displey, daha tutumlu batareya və əməli yaddaşın tutumunun artırılması ilə bağlıdır. Yeni “ThinQ” smartfonu “Quad HD+” (2880x1440 piksel) təsvir ölçülü “OLED” ekran, 3300 milliamper/saat tutumlu akkumulyator (“G7” cihazında bu göstərici 3000 milliamper/saat) və 6 QB-lıq əməli yaddaşla təchiz edilib.

“V35” smartfonu başqa xüsusiyyətlərinə görə “ThinQ G7” ilə eynidir. Aparat “Qualcomm Snapdragon 845” prosessoru, genişbucaqlı 16 meqapiksellik kamera və standart 16 meqapiksellik obyektiv, 8 mp-lik ön kamera və 64 QB-lıq daxili yaddaşla təchiz edilib. Smartfon “Android 8.0 Oreo” sisteminin idarəetməsi altında işləyir.

İyunun 1-dən ilkin sifariş əlçatan olacaq, iyunun 8-dən isə aparat satışa çıxarılacaq.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL