waplog

Plyonkalı “Canon” kameralarının satışı dayandırılıb


“Canon” şirkəti “EOS-1v” adlı sonuncu plyonkalı kamera modelinin satışını dayandırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, ilk dəfə 2000-ci ildə buraxılan “Canon EOS-1v” kamerasının istehsalı 2010-cu ildə dayandırılsa da, indiyədək şirkət tərəfindən qalıq hissələrin satışı davam etdirilib.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, 31 oktyabr 2025-ci ilədək “Canon EOS-1v” kamerasının təmiri üzrə servislərin göstərilməsi davam etdiriləcək. Lakin təmir üçün sifarişlərin qəbulu artıq 31 oktyabr 2020-ci ildən dayandırıla bilər. Təmirlə bağlı qərar yığılıb qalan ehtiyat və komplekt hissələrindən asılı olacaq.  
 
Qeyd edək ki, plyonkalı “Canon” kameralarının satışının dayandırılmasına baxmayaraq bu, plyonkalı kameralar dövrünün tam bitməsi deyil. Çünki “Nikon” şirkəti iki plyonkalı kamera modelinin (F6 və FM10) satışlarını davam etdirir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL