waplog

Çin alimləri bükülən akkumulyator hazırlayıb


Çin alimləri elastik “ağıllı” elektronika üçün nəzərdə tutulmuş bükülən litium-kükürd akkumulyatoru üzərində işləyirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, maye elektrolitlərin bərk elektrodlara yapışdırılması yolu ilə hazırlanan ənənəvi batareyalardan fərqli olaraq yeni batareyalarda elektrolitlər “3D” şəbəkələr formalaşdıran ultranazik metal lövhələrə yerləşdirilir.

"Bu texnologiya sayəsində elektrolitlər şəbəkələrdən kənara çıxmayacaq" – Çin Elmlər Akademiyası yanında Dalyan Kimyəvi Fizika İnstitutunun alimi Çjan Xunçjan deyib.

Alim qeyd edib ki, yeni akkumulyatorlar daha sabit və elastikdirlər, bükülmə və əyilmə vaxtı enerji yükünü yaxşı saxlayırlar.

"Belə batareyalar yüngül və yüksək enerji sıxlığına malikdirlər. İstehsal baxımından qənaətcil və kütləvi istehsal perspektivlərinə malikdirlər" – alim belə hesab edir.

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL