waplog

Yeni texnologiya noutbukların avtonom işləmə müddətini 2 dəfə artıracaq


“Intel” şirkəti tərəfindən mobil qurğuların displeyi üçün enerjinin idarə edilməsi üzrə təqdim edilmiş yeni texnologiya enerji sərfiyyatını 2 dəfə azaltmağa imkan verir. Taybeydə keçirilən “Computex 2018” kompüter elektronikası sərgisində belə bəyanat səsləndirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, “Low Power Display” (LPD) texnologiyasını dəstəkləyən displeylər üçün istehlak gücü 1 vattı ötməməlidir. Akkumulyatora qənaətcil belə maye kristal panellərin istehsalı ilə “Sharp” və “Innolux” şirkətləri məşğul olur.

“Intel” şirkətinin rəsmisi iddia edir ki, “LPD” texnologiyası noutbukun işləmə vaxtını 2 dəfə artırmağa imkan verəcək. Təəssüf ki, texnologiya köhnə cihazlar üçün yararsızdır. Bundan başqa, qurğuya “Nvidia” və ya “AMD” deyil, “Intel”in qrafik kartı quraşdırılmalıdır.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL