waplog

"Nar Mobile" abunəçiləri üçün ünsiyyət yenidən limitsiz oldu


Oktyabrın 21-dən Nar Mobile-ın Limitsiz Şəbəkədaxili tarifi yenilənib. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

İndi bu tarifə qoşulmaqla Nar abunəçiləri öz aralarında istədikləri qədər danışa və ölkə daxilində bütün istiqamətlərə cəmi 3 qəpiyə SMS göndərə bilərlər.

Uuml;stəlik, bu tarif planına qoşulan hər kəs gündəlik olaraq 10 şəbəkədaxili SMS hədiyyə əldə edir. Limitsiz Şəbəkədaxili tarifinə qoşulmaq üçün telefonun ekranında *777#111#YES şifrəsini yığmaq və ya Limitsiz yazaraq 777 nömrəsinə mesaj göndərmək kifayətdir.

Limitsiz Şəbəkədaxili tarifinin qiymət cədvəli:

Xidmətlər
Qiymət (qəpiklə)
Şəbəkədaxili zəngin 1 dəqiqəsi
0
Hər gün şəbəkədaxili 10 SMS
0
Şəbəkəxarici zəngin 1 dəqiqəsi
5
Videozəngin 1 dəqiqəsi
0
Ölkədaxili SMS
3
Ölkədaxili MMS
5
Data trafiki (200 KB)
5
Mobil TV (1 MB)
10


Limitsiz Şəbəkədaxili tarifindən gündəlik istifadə haqqı 48 qəpikdir. Balansda kifayət qədər vəsait olmadıqda gündəlik abunə haqqı çıxılmır. Abunəçi balansını artırdığı gün abunə haqqı yalnız həmin gün üçün çıxılır.

Balansda kifayət qədər vəsaitin olmaması səbəbindən gündəlik abunə haqqı çıxılmadıqda, şəbəkədaxili zəngin hər dəqiqəsi üçün 5 qəpik çıxılır. Daha ətraflı məlumat üçün 777 nömrəsinə zəng edin və www.narmobile.az saytına daxil olun.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL