waplog

Bakıda RRB-nin Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiyanın toplantısı keçirilir


Bakı şəhərində Regional Rabitə Birliyinin (RRB) Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiyanın və onun işçi qruplarının toplantısı keçirilir.
 
Toplantı 8 iyun tarixinə qədər davam edəcək.
 
İclasda RRB-yə üzv olan 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkmənistan) 44 mütəxəssis iştirak edir.
 
Bu Komissiyanın toplantısında RRB-yə üzv ölkələr arasında radio-televiziya yayımlarının, radiotezliklərin və mobil rabitə siqnallarının tənzimlənməsi üzrə  məsələlərin müzakirəsi aparılır.
 
İclasda 2018-ci ildə keçiriləcək Səlahiyyətli Konfransa və 2019-cu ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına hazırlıq məsələləri də müzakirə edilir.
 
Qeyd edək ki, Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiya və onun işçi qrupları  yeni radiotexnologiyaların tətbiqi ilə ölkələr arasında tezliklərin koordinasiyası üçün prinsip və texniki parametrlərin müəyyənləşdirilməsini  həyata keçirir.







NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL