waplog

“Honor 9i” (2018) smartfonu təqdim olunub


Çinin “Huawei” şirkəti “Honor 9i” smartfonunun yeni versiyasını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon səkkiznüvəli “Huawei Kirin 659” prosessoru, “Full HD+” (2280x1080 piksel) təsvir ölçülü 5,84 düymlük ekran, barmaq izi skaneri, ikiqat əsas kamera (13+2 meqapiksellik), 16 meqapiksellik ön kamera, 4 QB-lıq əməli, 64/128 QB-lıq daxili fləş yaddaş (256 QB-dək tutuma malik “microSD” kartları ilə daxili yaddaşı artırmaq mümkündür) ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saata bərabərdir.
 
Smartfon “EMUI 8.0” interfeysli “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.2 LE”, “GPS+QLONASS”, “FM” radio, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor quraşdırılıb.
 
“Huawei Honor 9i” (2018) smartfonunun 4+64 QB-lıq versiyası 218 dollara, 4+128 QB-lıq versiyası isə 265 dollara təklif edilir.
 
Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL