waplog

“Samsung Galaxy J3” və “Galaxy J7” smartfonlarının yeni versiyası təqdim edilib


“Samsung Electronics” şirkəti ABŞ-da “Galaxy J3” və “Galaxy J7” smartfonlarının yeni versiyalarını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy J3” (2018) aparatı HD (720x1280 piksel) təsvir ölçülü 5 düymlük ekran, 5 və 8 meqapiksellik kameralar,  dördnüvəli “Exynos 7570” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş (“microSD” formatlı kartların köməyi ilə yaddaşın tutumunu 256 QB-dək artırmaq mümkündür) ilə təchiz edilib.

“Samsung Galaxy J7” (2018) smartfonu 5,5 düymlük HD (720x1280 piksel) təsvir ölçülü ekran, 13 meqapiksellik ön və əsas kameralara malikdir.

2 SİM-kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.2 LE”, “GPS” və “FM” radio, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor quraşdırılıb. Smartfon “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

2018-ci ilin iyununda satışa çıxarılacaq “Samsung Galaxy J3” və “Galaxy J7” smartfonlarının qiyməti hələ ki məlum deyil.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL