waplog

“NETTY 2018” Milli İnternet Mükafatının qalibləri müəyyən edildi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə "NETTY" Azərbaycan Milli İnternet Mükafatı 14-cü dəfə qaliblərinə təqdim olunub.

İyunun 8-də baş tutan təntənəli mükafatlandırma mərasimində ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.
 
Beləliklə, cari ilin ən uğurlu milli veb saytlarının və layihələrin adlarını təqdim edirik:
 
Azərbaycan: "http://visitgabala.com/"

Dövlət saytı: "http://www.asan.gov.az"
 
İdman: "http://www.mok25.az/"
 
Şəxsi səhifə: "http://www.evdeyoxam.az/"
 
Elektron Ticarət: "http://maxi.az/"
 
Korporativ sayt: "http://www.butaairways.az/"
 
Servis-sayt: "http://shop.az/"
 
Cəmiyyət: "https://azengu.org/"
 
Təhsil və elm: "https://www.coaching.az/"
 
İnformasiya və xəbərlər: "http://bakuafisha.az/"
 
Mədəniyyət və incəsənət: "http://musicacademy.edu.az/"
 
Ən yaxşı Facebook səhifəsi: "www.fb.com/bahrambagirzadehofficial"
 
Virtual münsiflər heyətinin seçimi: "https://arshinmall.com/"
 
İlin ən yaxşı videolayihəsi: "Belə belə İşlər" "www.belebeleishler.az"
 
İlin mobil proqramı: "Unibank Mobile"
 
İlin İT-Hadisəsi: Azərbaycan Hava Yolları şirkətinin "Azəraeronaviqasiya" qurumu tərəfindən Uçuşlarının İdarəolunması Mərkəzində Innovativ Sistemin Tətbiqi.
 
Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə: HPE-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri İnarə Quliyeva.

Qeyd edək ki, mükafatın baş partnyoru "NAR" şirkəti, qızıl partnyoru "AzInTelecom" MMC-nin Data Mərkəzi, digər partnyorları isə "Bakutel" sərgisi, "Mi Mobile" şirkət-distribütor, "Carlsberg Azerbaijan", "SmartHost", "KATV1", "Golden Pay" şirkətləri, "DeJure" layihəsi və Renley.az veb-agentliyidir.

Mükafatlandırma mərasiminin partnyoru qismində "Blink.az" layihəsi, nominasiyalarının partnyorları kimi isə "Bodycare.az", "Meshque Azerbaijan", "Ilgar Gracie Photographer" çıxış ediblər.  
 
Layihəyə informasiya dəstəyini "Infocity.az", "CBC.az", "Sputnik.az", "Oxu.az", "Media.az", "Salamnews.org", "DeJure.az" saytları göstərib.
 



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL