waplog

Sənədlərin işlənməsi üçün süni intellekt investorların marağına səbəb olub


“Eigen Technologies” şirkəti artıq öz əsas investoru “Goldman Sachs”dan və Sinqapur Dövlət İnvestisiya Fondundan 13 milyon funt məbləğində vəsait cəlb edə bilib. Şirkət hüquq və maliyyə sənədləri ilə tanış olmaq məqsədilə süni intellektdən istifadə edir ki, bu da potensial müştəriləri çox cəlb edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, doktor Lyuis Lyu tərəfindən Londonda təsis edilmiş “Eigen Technologies” şirkəti 3,5 il bundan əvvəl süni intellekt yaratmağa dair qərar verib. Hazırda şirkətin məhsulu hüquqşünas və bankirlər üçün mürəkkəb müqavilələrin təhlilini və mətndə konkret məsələlərin tapılmasını asanlaşdırır.

Cəlb edilmiş investisiyalar sayəsində şirkət genişlənərək yeni bazarlara çıxmağı planlaşdırır. Bundan başqa, “Eigen” şirkəti öz vaxtını və maliyyə vəsaitini süni intellekt imkanlarının hazırlanmasına və araşdırılmasına sərf edir.

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL