waplog

Çin şirkəti tamamilə çərçivəsiz smartfonunu təqdim edib


Cari ilin martında Çinin "Vivo" şirkəti tərəfindən təqdim edilmiş "Apex" adlı çərçivəsiz smartfonun özəlliyi irəli-geri hərəkət edən ön kamera ilə təchiz edilməsi idi. 3 ay sonra sözügedən şirkət "Apex" qurğusunun əsasında yaradılmış qabaqcıl "Nex" smartfonunu nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, yeni smartfon daxili barmaq izləri skanerinə malik 6,59 düymlük OLED ekrana malikdir. Ekran qurğunun ön səthinin 91,24%-ni tutur. Prototipdə olduğu kimi, yeni qabaqcıl smartfonda da ön kamera daxildə yerləşir və lazım gəldikdə "selfi" çəkmək üçün irəliyə doğru hərəkət edir.

Bundan başqa, "Vivo Nex" aparatı "Qualcomm Snapdragon 845" prosessoru, 8 QB-lıq əməli və 256 QB-lıq daxili yaddaş, həmçinin 4000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

Smartfonun ikiqat əsas kamerası f/1.8 aperturalı 12 meqapiksellik kamera və 5 meqapiksellik əlavə modula malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Aparat danışıq dinamikinin əvəzinə displeyin vibrasiyası sayəsində səsi ötürən "Screen SoundCasting" texnologiyası ilə təchiz edilib. 8 mm qalınlığında olan smartfonun çəkisi təxminən 199 qr təşkil edir.

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL