waplog

Qabaqcıl smartfonlarda mobil internetin sürəti yoxlanılıb


Ekspertlər iki qabaqcıl - “iPhone X” və “Samsung Galaxy S9” smartfonunda mobil internetin işləmə sürətini sınaqdan keçiriblər. Eksperimentin nəticələri mütəxəssislərin təəccübünə səbəb olub.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, testin yekununda məlum olub ki, Cənubi Koreyanın “Samsung” şirkətinin qurğusunda internet rəqib “Apple” smartfonundan 34 faiz daha sürətli işləyir.

Məlumata görə, mütəxəssislər tərəfindən eyni yerdə eyni rabitə operatorunun şəbəkəsindən istifadə olunub. Müəyyən olunub ki, “Samsung Galaxy S9” smartfonunda ən yüksək yükləmə sürəti 41,8 Mbit/saniyə, ötürmə sürəti isə 11,36 Mbit/saniyə təşkil edir.

“iPhone X” smartfonunda isə bu göstəricilər müvafiq olaraq 31,18 Mbit/saniyə və 9,88 Mbit/saniyə olub. “Apple” qurğusunda yükləmə sürəti 34 faiz, ötürmə sürəti 15 faiz geri qalır.

Qeyd edək ki, bundan əvvəl “Samsung Galaxy S9+” smartfonu iş sürətinə görə “Apple iPhone X” modelini üstələyib. Buna səbəb kimi Cənubi Koreya şirkətinin qurğusunda böyük tutuma malik operativ yaddaşın quraşdırılması qeyd olunur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL