waplog

Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkəsi hazırlanıb


“Google” şirkəti tərəfindən dərin təlim alqoritmləri əsasında hazırlanmış yeni neyron şəbəkəsi pasiyentin tibbi göstəricilərinə əsaslanaraq ölüm vaxtını proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Bu haqda “Bloomberg” nəşri məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, alqoritm, süd vəzi xərçəngindən əziyyət çəkən qadın daxil olmaqla, bir neçə yüz min xəstə üzərində sınaqdan keçirilib. Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Ancaq 175639 parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək yüksəldib. Həmin qadın 10 gün sonra dünyasını dəyişib.

Neyron şəbəkəsi yalnız ölüm vaxtını deyil, həm də xəstəliklərin başqa nəticələrini, həmçinin xəstəxanada qalma müddətini və yenidən xəstəxanaya yerləşdirilmə ehtimalını proqnozlaşdırır. Alqoritm PDF formatlı fayllardakı yazıları və köhnə tibbi kartları oxuya bilir, həmçinin həkimlərə öz vaxtlarına 80%-dək qənaət etməyə imkan verir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL