waplog

“WhatsApp” messencerində stikerlər əlçatan olacaq


“WhatsApp” messencerinin tərtibatçıları istifadəçilər üçün stikerləri əlçatan etməyə hazırlaşırlar. Tezliklə “Android” sistemi üçün istifadəyə veriləcək yeni funksiya indi bəzi istifadəçilərə beta-testerlər üçün kanal vasitəsilə əlçatandır. Bu haqda “WabetaInfo” resursu məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, stikerlərin istifadəyə verilməsi bir qədər əvvəl planlaşdırılsa da,  tərtibatçılar bu funksiyanın tətbiqini müvəqqəti dayandırmağa dair qərar veriblər. Mənbənin məlumatına görə, sözügedən yenilik yenidən aktivləşdirilə bilər.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL