waplog

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək


“WhatsApp” messenceri “Android” sisteminin idarəetməsi altında işləyən qurğu sahiblərinə başqa istifadəçilərə göndərilmiş şəkilləri gizlətməyə imkan verəcək. Bu haqda “Bgr.in” portalı məlumat verib.

Bildirilir ki, yenilik messencerin “Android” üçün “v2.18.195” beta-versiyasında əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, portalın məlumatına görə, messencerin istifadəçiləri göndərilmiş şəkil, video və audiofaylların telefonda avtomatik saxlanılmasını deaktiv edə biləcəklər.

Yeni funksiya, həmçinin qrup çatları üçün əlçatan olacaq ki, bu da smartfonda yaddaşın tutumunu saxlamağa imkan verəcək və məxfilik səviyyəsini yüksəldəcək.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL