waplog

Dünyada ən böyük yüksək dəqiqlikli “3D” displey (VIDEO)


“JVC Kenwood” şirkəti və Yaponiyanın informasiya və rabitə texnologiyaları Milli İnstitutu (NİCT) rekord - 200 düym ölçüdə “3D” panel hazırlayıblar.

Təsvir ekranda 57 proyektordan ibarət mürəkkəb sistem vasitəsi ilə formalaşdırılır. Təsvirin kəskinliyi 1920×1080 piksel (Full HD formatı) təşkil edir; həm də stereoskopik effekt xüsusi eynək tətbiq etmədən əldə edilir.

Sistem “3D” təsvirə 57 müxtəlif nöqtədən baxmağa imkan yaradır; bu halda görünüş bucağı təxminən 13 dərəcə təşkil edir. Yaradıcılar proyektorların sayını 200-ə qədər çatdırmağı və görünüş bucağını artırmağı planlaşdırırlar.



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL