waplog

“Ericsson”: “5G” abunəçilərinin sayı 1 milyarda çatacaq”


2020-ci ilədək beşinci nəsil mobil rabitə (5G) standartları geniş tətbiq ediləcək və abunəçilərin sayı sürətlə artmağa başlayacaq. Bu barədə “Ericsson” şirkətinin növbəti “Ericsson Mobility Report” hesabatında deyilir.   
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, hesabata görə, 2023-cü ilədək “5G” abunəçilərinin sayı 1 milyarda çatacaq ki, bu da dünyada mobil rabitə xidməti abunəçilərinin ümumi sayının təqribən 12 faizini təşkil edəcək. Hesabat dövründə dünyada “Əşyalar interneti”nə qoşulmaların sayı 3,5 milyarda çatacaq. Hesabat müəlliflərinin fikrincə, 2017-2023-cü illərdə mobil rabitə şəbəkələri vasitəsilə ötürülən məlumatların həcmi 8 dəfə artacaq. “5G”, həmçinin, internetə simsiz stasionar çıxış üçün geniş tətbiq ediləcək.  

Lakin istehlakçılar arasında keçirilən sorğular göstərir ki, hazırda hətta “4G” şəbəkələri inkişaf etmiş ölkələrdə şəbəkələrin iş sürəti qənaətbəxş deyil. Provayderlər tərəfindən problemin həlli tələb olunur, lakin bunun üçün ilk növbədə rabitə tezliyi diapazonları düzgün paylanmalıdır. “Ericsson” mütəxəssislərinin qənaətinə görə, burada əsas texnologiya rolunu seqmentləşdirmə və ya şəbəkənin paylanması (bir neçə məntiqi şəbəkəyə eyni fiziki şəbəkədə fəaliyyət göstərməyə imkan verən virtuallaşdırma növü) oynayır.

Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL