waplog

Süni intellekt beyin şişini həkimlərdən tez diaqnozlaşdırıb


Pekin xəstəxanalarında hazırlanan “BioMind” süni intellekti beyin şişinin müəyyənləşdirilməsində təcrübəli həkimləri üstələyib. Neyron şəbəkə vəzifəsinin öhdəsindən tez və keyfiyyətli gəlməyə nail olub.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, rəqəmli doktora və 15 aparıcı həkimə beyin şişinin olduğu ehtimal edilən xəstələrin 225 kartoçkası təqdim edilib. Neyroşəbəkə xəstəliyi 83 faiz dəqiqliklə aşkarladığı halda həkimlər bu vəzifənin öhdəsindən 63 faiz dəqiqliklə gəliblər. Beləliklə, süni intellekt qarşı tərəfi tam məğlub edib. Bundan başqa, “BioMind” süni intellekti 225 tibbi kartoçkanın öyrənilməsinə 15 dəqiqə sərf edib, halbuki həkimlər kollektivi diaqnozlaşdırma ilə təxminən 30 dəqiqə məşğul olublar.

Neyroşəbəkəyə xəstəliklərə diaqnoz qoymağı öyrətmək üçün ona Çin xəstəxanalarının arxivindən minlərlə kartoçka göstərilib. “Ümid edirəm ki, eksperiment vasitəsilə həkimlər yeni texnologiyaların gücünü başa düşəcəklər”, - Tyantan hospitalının rəhbər müavini Van Yoncin bildirib.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL