waplog

“Google Chrome” brauzerində texniki səhv bərpa olunub


Kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər “Google Chrome” brauzerinin yeniləməsində hakerlərə istifadəçini “download bomb” metodu vasitəsilə qorxutmağa imkan verən texniki səhvin bərpa olunmasını aşkarlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “download bomb” hücum metodu internet səhifəsində brauzeri bloklayan yüzlərlə və ya minlərlə proqram yükləməsini işə salmağa imkan verir. Bir neçə saniyə ərzində həddən artıq yüklənilən prosessor sonda tam çökür.

Bildirilir ki, fırıldaqçılar tərəfindən bu tryuk tez-tez fişinq saytlarında istifadə olunmaqla əsas səhifəyə saxta texniki dəstək nömrəsi və ya blokdan çıxarılma üçün xidmətlərə görə ödənişlərin ödənilməsi təklifi yerləşdirilir.

Bir müddət əvvəl “Google Chrome” tərtibatçıları tərəfindən belə hücumlar həyata keçirməyə imkan verən boşluq aradan qaldırılıb. İstifadəçilərin sözlərinə görə, hazırkı yenilənmədə problem yenidən qeydə alınıb.

Bu kiberhücum metodunu tədqiq edən “Malwarebytes” şirkətinin təhlükəsizlik üzrə eksperti Cerom Sequra bildirib ki, “download bomb” problemi təkcə “Google Chrome” deyil, eyni zamanda “Firefox” brauzerinə aid ola bilər.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL