waplog

Barmaq izi skaneri smartfon istifadəçisinin sağlamlıq vəziyyətini müəyyənləşdirəcək


Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun alimləri smartfon sahibinin ölümünü müəyyənləşdirən barmaq skaneri hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Reactor” resursuna istinadən yazır ki, məlumata görə, mütəxəssislər tərəfindən barmaq izi skanerinin funksiyaları təkmilləşdirilib. Təkmilləşdirilmiş texnologiya təkcə qurğu sahibini deyil, eyni zamanda onun vəziyyətini müəyyənləşdirə bilir.

Bildirilir ki, skaner qurğu istifadəçisinin bədəninin temperaturunu təyin edir: bədənin temperaturu Selsi üzrə 30-45 dərəcə arasında dəyişən zaman qurğu blokdan çıxarılır. Bununla yanaşı, temperatur göstəricisi müəyyən edilmiş çərçivəyə sığmadığı halda qurğu blokdan çıxarılmamış vəziyyətdə qalır, çünki insan bədəni başqa temperatura dözə bilmir.

Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın yaradılmasının məqsədi smartfonla barmaq mulyajının deyil, onun sahibinin istifadə etməsini müəyyənləşdirməkdən ibarətdir.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL