waplog

ARDNŞ nanotexnologiya sahəsində liderdir


Dünya qazma praktikasında ilk dəfə olaraq ARDNŞ-nin alim və mütəxəssisləri tərəfindən “NanoNeft”, “NanoBitum”, “NanoYağ”, “NanoQudron” və stasionar özüllərdə dizel mühərriklərinin işlənmiş yağları əsasında «NanoMAY» sistemləri yaradılıb. Bu sistemlər Bakı və Abşeron arxipelaqlarında yerləşən “Qum adası”, “Günəşli”, “Bibheybət”, “Balaxanı”, “Neft Daşları”, “Pirallahı” yataqlarında 20-yə qədər neft və qaz quyusunun qəza və mürəkkəbləşmələrsiz qazılmasında tətbiq edilmiş, iqtisadiyyatda multiplikator effekti alınıb.
Hazırda nanotexnologiyalar əsasında qazma işləri uğurla davam etdirilir. Kiçik konsentrasiyalar nəzəriyyəsi əsasında işlənilmiş nanosistemlər anomal şəraitlərdə quyuların qazılması prosesində dövran edən qazma məhlullarının hidravlik itkilərinin, sürtünmə qüvvələrinin, enerji məsrəflərinin və kimyəvi reagentlərin, preparatların sərfinin 15-25% azalmasını təmin edib. Nanosistemlər respublikamızın patent sənədləri, texniki şərtləri statusunu almış, elmi-praktiki dəyərləri UNESCO-EOLSS 6.152 «Nanoelm və nanotexnologiyalar» ensiklopediyasında dərc olunub. Qazma sahəsində əldə olunan nailiyyətlər ARDNŞ-nin icrası 2010-2015-ci illərə nəzərdə tutulan «Nanoneft» Proqramına layiqli töhfədir.
Bu günlərdə ARDNŞ-də yeni yaradılıb “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzində bu proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış yataqlarda karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azaldılmasına nail olunması istiqamətində səmərəli iş aparılır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL