waplog

Süni intellekt molekullar tərtib edəcək


Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri molekulları 100 faizlik kimyəvi dəqiqliklə tərtib edən neyron şəbəkə yaradıblar. Gələcəkdə alqoritm kimyaçıların işini sadələşdirməyə kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, molekullar sxemini avtomatik quran əvvəlki “SMILES” sistemində hər atom və rabitə üçün uyğun simvollar dəsti olub. Nəticədə “SMILES” məntiqi çərçivəsində səhvsiz görünən, lakin kimya qanunları sahəsində mənasız olan uzun kod əmələ gəlib. Hazırda isə tədqiqatçılar tərəfindən başqa sistem kəşf edilib.

Bildirilir ki, yeni sistem bilavasitə kimyəvi birləşmənin struktur formulunu təqdim edən molekulyar qraflarla işləyir. O, əvvəlcə daxil olan molekulu “kodlaşdırır”, molekulyar qrafları hər biri konkret tikinti bloku olan dəstlərə ayırır. Dəstlər kompüter təlimi sayəsində avtomatik yaradılır. Onlar orijinal qrafa uyğun gələn “ağacşəkilli struktur”a quraşdırılır.
 
“Dekodlama” zamanı molekul “sadədən mürəkkəbə doğru” məsafə qət edir. Süni intellekt əvvəlcə “ağacşəkilli struktur”un skeletini yaradır, daha sonra onu bir-birinə bağlı dəstlərlə tamamlayır və çətinləşdirir. Bu səbəbdən bərpa edilmiş molekulyar qraf əsas qrafın dəqiq surətini alır.  

250 molekulyar qraf üzərində sınağı keçirilən sistem sonda öz modellərində 100 faizlik kimyəvi dəqiqliyə nail olub. Əvvəlki “SMILES” sistemində bu göstərici 43 faiz təşkil edib. Müəlliflərin sözlərinə görə, alqoritm, həmçinin, verilən xüsusiyyətlərə əsaslanaraq molekullar tərtib edə bilir.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL