waplog

“Xiaomi” smartfonlarının istehsalı dayandırılır


Çinin “Xiaomi” şirkəti öz brendi ilə buraxılan smartfonların istehsalının dayandırılması ilə bağlı qərar qəbul edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, “Xiaomi” yeni “Pocophone” brendi ilə əvəz ediləcək. Gözlənilir ki, yeni brend istehsalçıya mobil bazarda yeni zirvələr fəth etməyə imkan verəcək.   

“Xiaomi” şirkətinin yeni brendi ilə bağlı informasiya ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlarında öz təsdiqini tapır. Komissiyanın məlumatına görə, “Pocophone” adı artıq ABŞ-da qeydiyyatdan keçib. Bundan başqa, yeni əmtəə nişanı Avropa və digər regionlarda qeydiyyata alınıb.  

Beləliklə, “Xiaomi” smartfonlarının satışdan tam çıxarılaraq yeni ada malik qurğularla əvəz ediləcəyi bildirilir. Lakin bir sıra ekspertlər “Xiaomi” qurğularının Çinin daxili bazarında qalacağını düşünsə də, bunu sübut edən məlumatlar mövcud deyil.  

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL