waplog

“Microsoft Surface Go” planşeti təqdim olunub


“Microsoft” korporasiyası “Surface” istehsal xəttinə aid ən ucuz “Surface Go” planşetinin satışlarına başlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “Delo” resursuna istinadən yazır ki, 10 düym diaqonallı “Surface Go” tərəflərinin nisbəti 3:2 təşkil edən 1800x1200 piksel təsvir ölçülü ekranla təchiz edilib. Model üçün əlavə olaraq çexol klaviatura və elektron qələm (stilus) əldə etmək olar. Planşet modeldən asılı olaraq 4 və ya 8 giqabayt tutumlu operativ yaddaşa malik “Intel Pentium Gold 4415Y” prosessoru ilə işləyir.

Məlumata görə, qurğunu enerji ilə tam dolduraraq 9 saat istifadə etmək mümkündür. 

Yeni model “Apple” şirkətinin nisbətən ucuz “iPad” planşetləri ilə rəqabət apara biləcək.

Artıq bir sıra ölkələrdə, o cümlədən ABŞ, Kanada, Avstraliyada, eləcə də Avropanın iri bazarlarında “Surface Go” üçün ilkin sifarişlərin qəbuluna başlanılıb.

Yaxın həftələr ərzində baza komplektləşdirməsində qiyməti 399 dollar təşkil edəcək planşeti Asiyanın ayrı-ayrı ölkələrinin (Çin, Yaponiya, Cənubi Koreya) istehlakçıları sifariş etmək imkanı əldə edəcəklər. Tədarüklərə avqustun 2-dən etibarən başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev
 




NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL