waplog

İsrail Aya avtomatik stansiya göndərəcək


ABŞ-ın “SpaceX” şirkəti İsrailin avtomatik stansiyasını Aya göndərəcək. Bu barədə “Space.com” portalı məlumat verib. “Falcon 9” raketdaşıyıcısı ilə həyata keçiriləcək buraxılış dekabra təyin olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “RENtv” resursuna istinadən yazır ki, məlumata görə, modulun Ay səthinə enişi 2019-cu ilin fevralına planlaşdırılır. Layihə İsrailin özəl “SpaceIL” və dövlət “Israel Aerospace Industries” şirkətləri tərəfindən birgə hazırlanır.

Çəkisi 600 kiloqram təşkil edən aparat əvvəlcə “Google Lunar X Prize” layihəsi üçün hazırlanıb. O, Yer ətrafında elliptik orbitə çıxarılacaq, daha sonra Aya doğru uçuş trayektoriyasına keçəcək.

Əməliyyat uğurlu keçəcəyi təqdirdə İsrail Rusiya, ABŞ və Çindən sonra Ay səthinə avtomatik stansiya çatdıran dünyanın dördüncü dövləti sırasına daxil olacaq.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL