waplog

“Microsoft” şirkəti “Windows”un aylıq yenilənmələrindən imtina edəcək


“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün aktual yeniləmələrin çatdırılması mexanizmini dəyişdirmək niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, “Microsoft” korporasiyasının nümayəndəsi yalnız kompüterdə yeniləmələrin əvvəlki versiyası olduğu halda ona quraşdırılan aylıq delta-yeniləmələrdən imtina etmək niyyətini açıqlayıb. Delta-yeniləmələrin əməliyyat sisteminin komponentlərinə vacib dəyişikliklər etdiyi məlum olub.
 
İndi istifadəçilərə ekspress yeniləmələr göndəriləcək. Bu yeniləmələrin tutumu bir neçə dəfə az olduğuna görə şəbəkəyə ümumi yüklənmə azalacaq. Böyük həcmli yeniləmələri “Full Update” paketlərinin quraşdırılması vasitəsilə reallaşdırmaq planlaşdırılır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL